
“İnter” isveçrəli futbolçu ilə razılığa gəlib
İsveçrə millisinin müdafiəçisi Manuel Akanji “Mançester Siti”dən “İnter”ə keçməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu 30 yaşlı futbolçunu icarə müddəti başa çatdıqdan sonra tam transfer etmək niyyətindədir.
“İnter” Akanjinin keçidi üçün 15 milyon avro ödəyəcək. Tərəflər artıq şəxsi müqavilənin şərtlərində razılığa gəliblər və müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. O, yeni klubunda mövsümə 4,5 milyon avro qazanacaq.
İsveçrəli futbolçu sentyabrın 1-də “İnter”ə icarəyə verilib. O, indiyədək bütün turnirlər daxil olmaqla 6 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



