“İnter” onun üçün 80 milyon avro tələb edir – PSJ-dən
PSJ slovakiyalı müdafiəçi Milan Skriniarın transferi üçün “İnter”lə danışıqlar aparır.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 80 milyon avro tələb edir. PSJ bu transfer üçün 60 milyon avrodan az ödəməyə hazırdır və qiymətin aşağı salınmasını gözləyir.
Skriniarın “İnter”lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Daha əvvəl müdafiəçiyə “Tottenhem”in də maraq göstərdiyi bildirilirdi.
Skriniar 2017-ci ildə “Sampdoriya”dan “İnter”ə keçmişdi. O, ötən mövsüm İtaliya A Seriyasında 35 matçda iştirak edib və 3 qol vurub. Futbolçu 2016-cı ildən Slovakiya millisinə çağırılır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin