“İnter” onu yenə icarəyə verdi
“Brest” “İnter”in hücumçusu Martin Satrianonu yenidən icarəyə götürüb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 2021/22 mövsümünün ikinci yarısında çıxış etdiyi və Liqa 1-də 4 qol vurduğu Fransa təmsilçisinə qayıdıb.
Forvard mövsümün sonuna kimi Fransada çıxış edəcək. O, köhnə-yeni komandasında 7 nömrəli forma geyinəcək
Xatırladaq ki, uruqvaylı oyunçu ötən mövsümü icarə əsasında “Empoli”də keçirib və A Seriyasında 31 matçda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin