“İnter” onu istəyir – Eriksenin əvəzinə
Fransanın PSJ klubunun futbolçusu Leandro Paredes karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. “Neradzurra” Paredesi Kristian Eriksenlə dəyişdirməyi planlaşdırır. “İnter”in baş məşqçisi Antonio Konte bu keçidi sürətləndirmək üçün klub rəhbərliyi ilə görüşəcək.
“İnter” Eriksenin qışda komandadan ayrılacağını təsdiqləyib. Onun üçün əsas namizəd isə PSJ-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin