
“İnter” onu Çalhanoğlunun əvəzedicisi kimi gözdən keçirir
“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons İngiltərə çempionatından İtaliya A Seriyasına keçə bilər.
Komanda.az “İnterlive”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferində “İnter” maraqlıdır.
Milanlıların rəhbərliyi Consu yayda komandadan ayrılacağı deyilən 31 yaşlı türk futbolçu Hakan Çalhanoğlunun əvəzləyicisi kimi nəzərdən keçirir. “Liverpul”da məşqçilər heyətinin Consa o qədər də inamı yoxdur. Bu da onu başqa komandaya keçməyə sövq edə bilər.
24 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin