Sonuncu 1/4 finalçı “Roma” oldu

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu gün daha üç oyun baş tutub. “Napoli” “Peruca”nı, “Latsio” “Kremoneze”ni, “İnter” isə “Kalyari”ni məğlub etməklə 1/4 finala vəsiqə qazanıb.

İkinci oyun günündə “Fiorentina” “Atalanta”nı, “Milan” SPAL-ı, “Yuventus” isə “Udineze”ni mübarizədən kənarlaşdıraraq, növbəti mərhələyə yüksəlib.

Son olaraq səfərdə “Parma” ilə qarşılaşan “Roma” inamlı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.

Daha öncə “Torino” da növbəti mərhələyə vəsiqəni təmin etmişdi.

İtaliya kuboku, 1/8 final

9 yanvar

Torino – Cenoa 1:1 (penaltilər 5:3)

14 yanvar

Napoli – Peruca 2:0

Latsio – Kremoneze 4:0

İnter – Kalyari 4:1

15 yanvar

Fiorentina – Atalanta 2:1

Milan – SPAL 3:0

Yuventus – Udineze 4:0

16 yanvar

Parma – Roma 0:2

Beləliklə, İtaliya kubokunun 1/4 finalında aşağıdakı cütlüklər qarşılaşacaq:

Napoli – Latsio
İnter – Fiorentina
Milan – Torino
Yuventus – Roma

Bu ayın sonunda keçiriləcək 1/4 final oyunlarında da qalib bir matçda müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button