“İnter” MY-nin futbolçusunu istəmir
İcarə əsasında “İnter”də çıxış edən “Mançester Yunayted”in futbolçusu Aleksis Sançesin gələcək taleyi məlum olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu cari mövsümün sonunda “qırmızı şeytanlar”a qayıdacaq. “İnter”in Sançesin xidmətində maraqlı olmadığı və onu komandada saxlamaq istəmədiyi bildirilir.
Keçən ilin avqustunda icarə əsasında “neradzurra”ya keçən çilili futbolçu, “İnter”in heyətində keçirdiyi 15 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin