“İnter” erməni futbolçunu əvəz edəcək oyunçunu tapıb

“İnter” “Aston Villa”nın yarımmüdafiəçisi Ceykob Remzini dəvət edərək, heyətini gücləndirməyi planlaşdırır.

Komanda.az “interlive.it”-ə istinadən xəbər verir ki, Milan klubu Henrix Mxitaryana əvəzləyici axtarır. Ermənistan millisinin futbolçusu çıxışını yüksək formada davam etdirsə də, onun artıq 35 yaşı var.

“İnter” 23 yaşlı yarımmüdafiəçi üçün gələn yay 35 milyon avro təklif edərək, futbolçularından birini bu komandaya göndərməklə, qiyməti aşağı salmağa çalışacaq. İtaliyada Remzinin böyük potensiala sahib olduğuna inanırlar və onun qiyməti gələcəkdə ikiqat arta bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button