
“İnter” müdafiəçisinə yeni müqavilə təklif etməyə hazırdır
“İnter” müdafiəçisi Federiko Dimarkoya yeni müqavilə təklif etməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi italiyalı futbolçu ilə yeni anlaşmanı müzakirə etməyi planlaşdırır.
27 yaşlı müdafiəçi cəmi bir il əvvəl “İnter”lə yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Dimarko bu mövsüm Simone İnzaqinin komandasında 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin