“İnter” müdafiəçisi ilə yeni müqavilə bağlayacaq
“İnter”lə komandanın müdafiəçisi Federiko Dimarko arasında müqavilənin 2028-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar prosesi son mərhələdədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, 26 yaşlı futbolçunun maaşı ildə 4 milyon avro olacaq. Dimarko həmçinin 1 milyon avro bonus alacaq.
Dimarko “İnter”in yetirməsidir. O, 2014-cü ildə Milan klubunun əsas komandasında debüt edib. Bu müddətdə futbolçu bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub, 20 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin