“İnter” “Milan”la anlaşıb – Yeni stadion tikiləcək
“İnter” və “Milan” yeni stadionun tikintisinə sərmayə qoyuluşu barədə razılığa gəliblər.
Komanda.az “Il Corriere Della Sera”-ya istinadən xəbər verir ki, söhbət “JP Morgan”, “Banc of America” və “Banco BPM” kimi sponsorlarla bir milyard yarım avroya başa gələcək bir layihədən gedir.
Plan, sonrakı tikinti ilə “San Siro” ətrafındakı ərazilərin alınmasını nəzərdə tutur – xüsusən də, əsas sahə indiki arenanın dayanacaqlarının olduğu yerdə yerləşəcək. Gələcəkdə “San Siro” stadionu söküləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin