Messinin komandasının oyununa biletlər 6 dəqiqəyə satıldı

Lionel Messinin çıxış etdiyi ABŞ-ın “İnter Mayami” klubunun səfərdə “Los-Anceles Qalaksi” ilə oyununa böyük maraq olub.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb.

Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnız ön cərgə üçün biletlər qalıb. Onların qiyməti isə 1500 ABŞ dollarıdır.

Matç fevralın 6-da olacaq. Daha əvvəl “Sportinq Kanzas Siti” Messiyə görə “İnter Mayami”yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button