“Biz razılaşdıq ki, Messi istirahət etsin” – “İnter Mayami”nin baş məşqçisi
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin MLS-in adi mövsümündə “Monreal”la matçı (2:3) buraxmasının səbəbini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əvvəlcədən bu oyunla bağlı razılığa gəldiklərini söyləyib:
“Təxminən bir həftə əvvəl Messi ilə onun bu matçı buraxacağına razılaşdıq. “Neşvill” ilə matçda nə baş verməsindən asılı olmayaraq, biz razılaşdıq ki, Messi istirahət etsin”.
Argentinalı futbolçu heyətə daxil edilməyib və oyunu tribunadan izləyib.
Martın 8-də Messi KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin “Neşvill”ə qarşı ilk oyununda (2:2) ciddi zədədən xilas olub. 77-ci dəqiqədə “Neşvill”in müdafiəçisi Lukas Maknaton forvardın baldır nahiyəsinə zərbə endirib və o, uzun müddət ayağa qalxa bilməyib.
36 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə “İnter Mayami”nin heyətində 4 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin