Baş məşqçidən Messi və Busketslə bağlı açıqlama
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messi və yarımmüdafiəçi Serxio Buskets haqda danışıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, Şimali Amerika Liqa kubokunun növbəti oyunu – “Atlanta” ilə matçında adıçəkilən futbolçuların əsas heyətdə mübarizəyə başlayacaqlarını bildirib:
“Messi və Buskets meydançada daha çox mübarizə apara bilərlər. Bu, komandanın durumundan asılı olacaq. Böyük ehtimalla, onlar “Atlanta” ilə oyuna start heyətində başlayacaqlar. Hər şey onların səhhətindən asılıdır”.
Messi Şimali Amerika Liqa kubokunun “Kruz Asul”la ilk matçında sonradan oyuna daxil olub və cərimə zərbəsindən vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin