
MLS klubu Poqba üçün hərəkətə keçib
Pol Poqba cəza müddəti bitdikdən sonra Avropada oynamaq istəyir. Onun antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddəti martın 10-da başa çatıb.
31 yaşlı oyunçu seçimlərində məhduddur. Çünki o, yalnız transfer pəncərəsinin aprelin 23-də bağlanacağı MLS klublarına və ya Yaponiya liqasına keçə bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Poqba Avropanın ən yaxşı liqalarından birinə qayıtmağı üstün tutur. Baxmayaraq ki, o, həm də seçimlərə açıqdır və artıq “İnter Mayami”nin ortaq sahibi Devid Bekkemlə danışıb.
Fransalı futbolçu son aylarda Liqa 1 təmsilçisi “Marsel”, A Seriyasından “Fiorentina” və La Liqa komandaları da daxil olmaqla bir neçə klubdan maraq görüb. Poqba Səudiyyə Ərəbistanı Liqası və Braziliya çempionatından gələn təklifləri rədd edib.
Bizi Facebook-da izləyin