Messinin şərəfinə – 45!
“İnter Mayami” klubunun rəhbərliyi MLS-də “Çikaqo Fayr” ilə müntəzəm mövsüm matçı başlamazdan əvvəl 2024-cü il Amerika kubokunu qazandığına görə hücumçu Lionel Messini şərəfləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meydançanın orta dairəsində 45 rəqəmi olan baner yerləşdirilib və onun ətrafında hər birinin əlində “Messi” yazısı olan 45 uşaq dayanıb. Amerika kubokundakı qələbə 37 yaşlı futbolçunun karyerasında qazandığı 45-ci böyük uğur olub.
Matç 2:1 hesabı ilə “İnter Mayami”nin qələbəsi ilə başa çatıb. Messi zədə səbəbindən oyunu buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin