“İnter Mayami” karyeramdakı sonuncu klub olacaq”
“İnter Mayami” uruqvaylı hücumçu Luis Suaresin karyerasında sonuncu klub olacaq.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu özü açıqlama verib:
“İnter Mayami” karyeramdakı sonuncu klub olacaq. Ailəm artıq bu barədə məlumatlıdır. Hələlik tarix deyə bilmərəm, amma bu son addımdır. Son sınağıma hazıram. Bu haqda danışıram və ağlamaq istəyirəm. Çünki mən beləyəm, buna hazırlaşmalıyam. Keçmiş oyunçulardan biri mənə dedi ki, futbolçular heç vaxt karyeralarını bitirməyə hazır olmurlar”.
Luis Suares 2023-cü ilin dekabrında “İnter Mayami”yə keçib. Onun klubla 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqaviləsi var.
O, əvvəllər “Qremio”, “Atletiko”, “Barselona”, “Ayaks”, “Liverpul”, “Nasyonal” və digər komandalarda çıxış edib. Suares beşqat İspaniya çempionu, ikiqat Uruqvay çempionu və Niderland çempionatının qalibidir.
Bizi Facebook-da izləyin