“İnter Mayami” ilə Messinin ilk komandası qarşı-qarşıya

“İnter Mayami” futbolçusu Lionel Messinin ilk komandası olan Argentinanın “Nyuells Old Boyz” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma 2024-cü il fevralın 15-də Mayamidə baş tutacaq. “İnter Mayami” həmçinin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” və “Əl-Hilal”la da yoxlama görüşü keçirəcək.

Messi 1994-2000-ci illərdə “Nyuells Old Boyz”un aşağı yaş qrupu komandasında çıxış edib. 36 yaşlı hücumçu 2023-cü ilin yayında “İnter Mayami”yə keçib və müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button