Mane İtaliya klubuna keçə bilər
“Liverpul”un keçmiş hücumçusu, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Sadio Mane Avropaya qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Seneqallı forvardın karyerasını İtaliya çempionatında davam etdirmək variantı var. Manenin xidmətinə “İnter” maraq göstərir. Milan klubu hücum xəttini gücləndirmək istəyir və 32 yaşlı futbolçuya təklif göndərə bilər.
Mane 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin