
Lukakudan etiraf
Romelu Lukaku “Çelsi”dən “İnter”ə keçdikdən sonra bütün mövsüm ərzində Milan komandasının baş məşqçisi Simone İnzaqi ilə əlaqə saxladığını etiraf edib.
Komanda.az “Football İtalia”-a istinadən xəbər verir ki, belçikalı hücumçu “İnter”in onun transferi üçün hər şey etdiyini deyib:
“İnter” mənə çox şey verdi və mən əvvəlkindən daha çox şey etmək istəyirəm. Bütün mövsüm ərzində İnzaqi ilə əlaqə saxlamışam. Demək olar ki, hər şeyi ondan eşitmişəm. Komanda yoldaşlarım – onlar mənim qardaşlarımdır – məni geri qaytarmaq üçün əllərindən gələni etdilər”.
Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. O, ötən yay 115 milyon avroya “Çelsi”yə satılıb. Bir neçə gün əvvəl isə yenidən icarə əsasında ”İnter”ə qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin