
“İnter” Lukmanı razı salıb
“İnter” “Atalanta”nın hücumçusu Ademola Lukmanın transferini yaxın günlərdə rəsmiləşdirməyə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu artıq milanlıarın təklif etdiyi şəxsi şərtlərlə razılaşıb, ancaq klublar arasında transfer məbləği ilə bağlı hələlik tam razılıq əldə olunmayıb. Transferin bu həftə ərzində həll olunması gözlənilir. Yeni danışıqlar bu gün və sabah baş tutacaq.
“Atalanta” Lukman üçün 50 milyon avro tələb edir. “İnter” isə təxminən 45 milyon avro təklif etməyə hazırdır. Tərəflər bu fərqi aradan qaldırmaq üçün güzəşt yolunu axtarır.
Nigeriyalı forvardın “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, son mövsümdə klubun heyətində parlaq çıxışı ilə diqqət çəkib və “İnter”in hücum xəttində yeni güc ola bilər.
Bizi Facebook-da izləyin



