
“İnter” nigeriyalı futbolçu üçün yeni təklif hazırlayır
“İnter” “Atalanta”nın hücumçusu Ademola Lukman üçün yenilənmiş transfer təklifi hazırlayır.
Daha əvvəl “Atalanta” 42 milyon avro əsas məbləğ və 3 milyon bonus daxil olan ilkin təklifi rədd etmişdi.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu təklifi 45 milyon avrodan yuxarı qaldırmağa və əlavə bonuslarla birlikdə məbləği 50 milyon avroya yaxınlaşdırmağa hazırlaşır.
Bu transferin məqsədi, yeni baş məşqçi Kristian Kivuya yeni mövsümün başlanğıcına qədər güclü hücumçu təqdim etməkdir.
27 yaşlı nigeriyalı futbolçu son mövsümdə A Seriyasında 31 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



