“İnter” onu Lukmana alternativ kimi görür

“Lion”un hücumameyilli yarımmüdafiəçisi Malik Fofana karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” belçikalı futbolçunu almaq istəyir. İtaliya klubu qış transfer pəncərəsində Fofana ilə heyətini gücləndirməyi planlaşdırır. “İnter” Fofananı bu yay “Atalanta”dan ala bilmədiyi Ademola Lukmana alternativ olaraq görür.

20 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button