Milanda “Simeone” səsləri

İtaliyanın “İnter” klubu cari mövsümün sonunda baş məşqçisi Antonio Konte ilə yollarını ayıra bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, son vaxtlar “neradzurra”dakı vəziyyəti qarışıq olan Kontenin klubdakı vəzifəsindən ayrılması gözlənilir. Artıq “İnter”in baş məşqçi postu üçün əsas namizədi də bəlli olub. Milan klubu “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni komandanın “sükanı arxasına” gətirmək niyyətindədir. Madrid klubunun maddi çətinlik yaşadığı və növbəti mövsümdən Simeonenin məvacibinin azalacağı bildirilir.

Simeonenin “Atletiko” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button