“İnter”in qış planı: Argentina millisinin üzvü
“İnter” klubunun qış fasiləsində əsas transfer hədəfi bəlli olub.
Komanda.az xəbər verir ki, “neradzurra” “Udineze”dən Rodriqo de Paulu heyətinə qatmaq istəyir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in 25 yaşlı argentinalı üçün 35 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Paulla “İnter”lə yanaşı,”Milan” və “Napoli” də yaxından maraqlanır.
Bu mövsüm “Udineze” ilə 10 oyuna çıxan yarımmüdafiəçi 1 qol vurub.
“Udineze” ilə 2024-cü ilə qədər müqaviləsi olan Paul, Argentina millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin