“İnter” dopinqə görə cəzalanan futbolçu ilə maraqlanır
“İnter” klubu “Ayaks”ın futbolçusu Andre Onananı transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, “neradzurra”nın nümayəndələri kamerunlu qapıçının təmsilçiləri ilə görüşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” Onananı 2022-ci ilin yayında azad agent kimi heyətinə qatmağı düşünür.
Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Onananın fevralın 5-də qanında qadağan olunmuş maddə tapılmış və qapıçı bir illik diskvalifikasiya olunmuşdu. İdman Arbitraj Məhkəməsi (CAS) daha sonra futbolçunun şikayətini qismən təmin edib və cəzanın müddətini 9 aya endirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin