Kapitan yeni müqaviləyə razılaşıb – Mövsümlük qazancı 9 milyon avro olacaq
Argentinalı hücumçu Lautaro Martines “İnter”lə müqaviləsini uzatmağa razılaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Martinesin klubla yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər davam edəcək. “İnter”in kapitanı mövsümə 9 milyon avro qazanacaq.
Lautaro Martines 2018-ci ilin yayında Argentinanın “Rasinq” klubundan “İnter”ə keçib. O vaxtdan bəri argentinalı hücumçu 282 rəsmi oyun keçirib, 129 qol vurub və 43 məhsuldar ötürmə edib. Xatırladaq ki, “İnter” bu mövsüm İtaliya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin