“İnter” portuqaliyalı futbolçunu qaytarmaq variantını gözdən keçirir
Ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo “İnter”ə qayıda bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Teyon Buçananın zədələnməsindən sonra milanlılar ona əvəzedici tapmaq lazım olduğuna qərar veriblər.
“İnter” Kanselonu geri qaytarmağı düşünür, lakin ehtimal edilən xərclərə görə bu ideyadan imtina edə bilər. Klubun yaxın vaxtlarda uyğun futbolçu ilə bağlı qərar verəcəyi güman edilir.
Kanselo 2017-18-ci illərdə “İnter”də icarə əsasında forma geyinib.
Portuqaliyalı futbolçu ötən mövsüm 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin