
“İnter” futbolçusu ilə müqaviləni yeniləyəcək
“İnter” müdafiəçi Matteo Darmianı buraxmaq fikrində deyil.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “neradzzura” italiyalı futbolçunun müqavilə müddətini 2025-ci ilin iyun ayına kimi uzatmaq niyyətindədir.
Darmian 2021-ci ilin iyul ayından Milan klubunda çıxış edir. O, bu mövsüm bütün yarışlarda 12 matça çıxıb. 33 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin