“İnter” isveçrəli müdafiəçini transfer etmək istəyir

Son 4 ilini “Torino”da keçirən isveçrəli müdafiəçi Rikardo Rodriqes İtaliyanın top-klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində “İnter” maraqlıdır. Milan klubu azad agent statusu daşıyan futbolçu ilə müqavilə imzalamaq və ondan 3 müdafiəçidən ibarət heyətdə istifadə etmək istəyir.

Rodriges ötən mövsüm A Seriyasında 35 oyun keçirib. O, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button