“İnter” istənilən rəqibi məğlub edə biləcəyini göstərdi” – Sneyder

“İnter”in sabiq yarımmüdafiəçisi Uesli Sneyder komandanın hazırkı vəziyyəti haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu Milan təmsilçisinin möhkəm strukturunun olduğunu deyib:

“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə oynadığı gecədən sonra özünə inamı daha da artırdı və öz performansı ilə istənilən rəqibi məğlub edə biləcəyini göstərdi. Buna təəccüblənmirəm, çünki klubun möhkəm strukturu var. Amma qalan uğurlar güclü və hazırlıqlı baş məşqçi Simone İnzaqinin əməyidir. Düzdür, klubun tarixinə düşən futbolçular komandadan ayrılsa da, transfer siyasəti diqqətlə aparılıb. İnzaqi yaşlı və gənc oyunçular arasında balans tapıb”.

“İnter” A Seriyasının 4 turundan sonra 12 xal toplayıb və hazırda turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button