“İnter” istəyinə nail oldu
“İnter” icarə əsasında “Mançester Yunayted”dən heyətinə qatdığı Aleksis Sançesin transferini tamamlayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun direktoru Cüzeppe Marotta məlumat verib:
“Sançesin transferini tamamladıq, tezliklə hər şey rəsmiləşəcək. O, artıq “İnter”in futbolçusudur. Sançeslə üç illik müqavilə imzaladıq. Ona inanırıq, komandanın bir parçası olmağa davam edəcək”.
Çilili futbolçunun “İnter”lə icarə müqaviləsi bu ay başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin