“İnter” İspaniya klubunun təklifini rədd edib

“İnter”in yarımmüdafiəçisi Kristian Asllani ilə “Betis” maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Seviya təmsilçisi albaniyalı futbolçu üçün 8 milyon avroluq ilkin təklif göndərsə də, bu məbləğ “İnter” rəhbərliyi tərəfindən qənaətbəxş sayılmayaraq rədd edilib.

“Betis” yaxın günlərdə təklifini yaxşılaşdıraraq danışıqlara yenidən başlaya bilər.

23 yaşlı futbolçu 2024/25 mövsümündə “İnter”in heyətində bütün turnirlərdə 39 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button