“İnter” iranlı futbolçuya 3 illik müqavilə təklif edəcək

“İnter” klubu iranlı futbolçu Mehdi Taremini transfer etməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” “Portu”nun hücumçusu Mehdi Tareminin xidmətində maraqlıdır.

Portuqaliya klubu iranlı hücumçu ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. “Neradzurra” bundan yararlanıb, digər klubları qabaqlamaq üçün qışda futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.

“İnter” 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button