“İnter” iranlı futbolçu transfer edib – Rəsmi

“Portu”da çıxış edən iranlı hücumçu Mehdi Taremi karyerasını İtaliya çempionatında davam etdirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “İnter”lə müqavilə bağlayıb. Taremi Milan klubuna azad agent kimi keçib. O, İtaliyanın top-klubu ilə 3 illik müqavilə imzalayıb.

Mehdi Taremi 2020-ci ildən “Portu”nun rənglərini qoruyurdu. O, ötən mövsüm 35 matçda iştirak edib, 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button