“İnter” “Milan”la yarışır – İranlı futbolçu üçün
“İnter” “Portu”nun hücumçusu Mehdi Taremini transfer etmək istəyir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “İnter” iranlı futbolçu ilə maraqlanan “Milan”ı üstələmək üçün transfer işini sürətləndirib.
31 yaşlı hücumçu 2023-cü ilin avqustunda “Rio Ave”dən “Portu”ya keçib. Onun transfer məbləği 4,73 milyon avro olub. Tareminin klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Taremi bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin