
“İnter”dən İnzaqi ilə yeni müqavilə
“İnter” klubu baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Simone İnzaqi 2021-ci ildən komandaya rəhbərlik edir. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda superkubokun sahibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin