“İnter” bu həftə müqavilə bağlayacaq – erməni ilə
“Roma”nın yarımmüdafiəçisi Henrix Mxitaryan “İnter”ə keçməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu həftə 33 yaşlı erməni futbolçu tibbi müayinədən keçəcək və “neradzurra” ilə müqavilə imzalayacaq. Müqavilənin 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulacağı gözlənilir.
Mxitaryan 2021/22 mövsümündə “Roma”nın heyətində 44 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun romalılarla müqaviləsi bu il iyunun sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin