
“İnter” futbolçusunun qardaşını da transfer etmək istəyir
“İnter” hücumçusu Markus Türamın qardaşı olan “Nitsa”nın yarımmüdafiəçisi Kefren Türamı transfer edə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Milan klubu 22 yaşlı futbolçu üçün “Nitsa”ya 25-30 milyon avro təklif edəcək.
Fransalı futbolçunun “Nitsa” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin