“Yuventus” “İnter”in hücumçusu ilə maraqlanır
“İnter”in hücumçusu Marko Arnautoviç yanvar ayında klubdan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” avstriyalı futbolçu ilə maraqlanır. Turin klubu ciddi zədələnmiş və mövsümün sonuna qədər sıradan çıxmış oyunçusu Duvan Zapatanı itirib və komandanın əvəzediciyə ehtiyacı var. Bu namizədlərdən biri məhz Arnautoviçdir.
35 yaşlı hücumçu 2023/24 mövsümündə “Bolonya”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin