
“İnter” futbolçusunu itirib
“İnter”in müdafiəçisi Matteo Darmian zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. O, qarşıdakı oyunlarda komandasıyla çıxış edə bilməyəcək.
35 yaşlı müdafiəçi 2025/2026 mövsümündə Milan klubunun heyətində 2 oyunda çıxış edib və heç bir qol vurmayıb.
“İnter” növbəti iki oyununda A Seriyasında “Roma” və Çempionlar Liqasında “Union”la qarşılaşacaq. Komanda İtaliya çempionatının 6 turundan sonra 12 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



