“İnter” futbolçusunu itirdi – ÇL oyununda olacaq?

İtaliyanın “İnter” klubu ciddi itki ilə üzləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın çilili yarımmüdafiəçisi Arturo Vidal sıradan çıxıb. A Seriyasının son turu çərçivəsində keçirilən “Bolonya” ilə matçda (3:1) zədələnən 33 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.

Vidalın UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Şaxtyor”la (Ukrayna) oyunda iştirakı sual altındadır.

“İnter” – “Şaxtyor” oyunu dekabrın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button