“İnter”in futbolçusu “Barselona”dan təklif gözləyir

“İnter”in müdafiəçisi Benjamin Pavar özünü “Barselona”da sınamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu təklif gələrsə, Kataloniya klubuna keçməyə üstünlük verir. “Barselona”nın da müdafiəçi ilə maraqlandığı bildirilib.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı çempionatı klubları və “Marsel” Pavara iddialılar arasında yer alıb. Eyni zamanda, “Qalatasaray” 29 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlı olsa da, oyunçunun özü Türkiyə klubuna keçməyə həvəsli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button