
“İnter” Dumfrisə bu qiyməti qoyub
“İnter”in müdafiəçisi Denzel Dumfrisə transfer bazarında tələbat var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, potensial alıcılar niderlandlı futbolçunun müqaviləsində nəzərdə tutulan müəyyən məbləğdə təzminat qarşılığında onu ala bilərlər. İtaliya klubu müdafiəçinin transfer qiymətini 25 milyon avro olaraq görür.
Dumfris 2021-ci ilin avqust ayından “İnter”də çıxış edir. Onun 2028-ci ilin iyun ayının sonuna qədər Milan klubu ilə müqavilə öhdəliyi var. 29 yaşlı futbolçu 2024/2025 mövsümündə A Seriyasında 29 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



