“İnter” futbolçusu ilə razılığa gələ bilmir
“İnter” rəhbərliyi hücumçusu Lautaro Martineslə yeni müqavilə üzrə potensial maaş məbləği ilə bağlı razılığa gələ bilmir.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, argentinalı forvard “İnter”də mövsümdə 10 milyon avro qazanmaq istəyir. Klub rəhbərliyi isə ona cəmi 8 milyon avro ödəməyə hazırdır.
Buna baxmayaraq, tərəflər yeni müqavilənin imzalanacağına əmindirlər. Milan klubunun nümayəndələri ilə futbolçunun agentləri arasında danışıqlar yaxın həftələrdə davam edəcək.
Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün rəsmi turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin