“İnter” milli üzvü ilə yeni müqavilə bağlayacaq
“İnter” klubu futbolçusu Alessandro Bastoni ilə müqaviləni yeniləyəcək.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılacaq. Bastoni yeni müqavilə ilə illik 2,8 milyon avro və bonuslar qazanacaq.
2017-ci ildən “İnter”də çıxış edən müdafiəçinin “transfermarkt”da dəyəri 55 milyon avrodur. İtaliya millisinin də üzvü olan futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.
Bastoni ilə İspaniyanın “Barselona” klubu maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin