“İnter” fransalı hücumçu üçün 25 milyon avro təklif edib

“İnter” “Parma”nın hücumçusu Anj-Yoan Bonni ilə bağlı transfer işlərini davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu 21 yaşlı futbolçu üçün 22 milyon və əlavə 3 milyon avro bonus təklif edib. Ancaq hələlik danışıqlar son mərhələyə çatmayıb. “Parma” daha sərt mövqe nümayiş etdirərək, ödənişin yalnız sabit şəkildə həyata keçirilməsini və ümumi məbləğin 25 milyon avro olmasını tələb edir.

Fransalı futbolçu A Seriyasının son mövsümündə 37 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button