“İnter” erməni futbolçuya yeni müqavilə təklif edib
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan klubla müqaviləsini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun erməni futbolçuya təklif etdiyi yeni müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
34 yaşlı futbolçunun hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.
Mxitaryan 2022-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm İtaliya A Seriyasında 4 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin