“İnter” erməni futbolçu ilə bağlı açıqlama yaydı
İtaliyanın “İnter” klubu yarımmüdafiəçi Henrix Mxitaryanın səhhəti ilə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, Milan klubunun yaydığı açıqlamada belə deyilir:
“Bu səhər Henrix Mxitaryan müayinədən keçdi. Komandamızın yarımmüdafiəçisinin sol budunun ön düz əzələsi burxulub. Yaxın günlərdə onun vəziyyətinə yenidən baxılacaq”.
Erməni futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Milan”la cavab oyununda (1:0, ilk oyun – 2:0) zədələnib. O, 44-cü dəqiqədə əvəzlənib.
“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma iyunun 10-da, İstanbulda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin