“İnter” diqqətini fransalı hücumçuya yönəldib

“İnter” yay transfer pəncərəsi bağlanmadan hücum xəttini gücləndirmək istəyir.

Milan klubunun əsas transfer hədəfi “Atalanta”nın vingeri Ademola Lukman olmuşdu, ancaq qarşı tərəf nigeriyalı futbolçunu buraxmaqdan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” indi diqqətini “Çelsi”nin hücumçusu Kristofer Nkunkuya yönəldib. Klub nümayəndələrinin artıq fransalı futbolçunun agenti ilə əlaqə saxladıqları bildirilir.

“Çelsi” də Nkunku ilə yollarını ayırmağa açıqdır. 27 yaşlı futbolçu isə daim əsas heyətdə oynaya biləcəyi bir komandaya keçmək istəyir. Onun hazırkı bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button